Daha bir ölkədə koronavirus qadağaları sərtləşdirilir

  • SpaceTV
  • 19 Oktyabr 2020 12:26

İsveçrədə oktyabrın 19-dan etibarən bütün ictimai yerlərdə maska istifadəsi məcburi olacaq.

Spacetv.az xəbər verir ki, bu barədə SRF telekanalı məlumat yayıb.

Ölkədə koronavirusa yoluxma hallarının artması səbəbilə nəqliyyat, dayanacaqlar, mağazalar, banklar, restoranlar, barlar, hotellər və digər ictimai yerlərdən maska taxılması tələb olunacaq. 12 yaşdan aşağı uşaqlar maskasız gəzə bilərlər.

Bundan əlavə, 15 nəfərdən artıq qruplar şəklində toplaşmaq qadağan edilib.

Paylaş

 Xəbəriniz olsun