Daha bir ölkədə koronavirus aşkarlandı

  • SpaceTV
  • 18 Mart 2020 15:38

Koronavirus epidemiyası Qırğızıstana da çatdı.

Bu barədə “Sputnik” xəbər yayıb.

Bildirilir ki, ölkədə üç nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Virus Səudiyyə Ərəbistanından Ümrə ziyarətindən qayıdan şəxslərdə aşkarlanıb.

Məlumata görə, yoluxmuş şəxslərlə eyni təyyarədə olan 90 nəfər karantinə alınıb.

Hazırda Cəlalabad vilayətinin Suzak rayonunda fövqəladə vəziyyət elan edilib.

Bu günə qədər Qırğızıstanda virusa yoluxma halı qeydə alınmamışdı.

Paylaş

 Xəbəriniz olsun