Daha bir ölkə koronavirusun yeni növünə görə Britaniya ilə uçuşları dayandırdı

  • Space TV
  • 21 Dekabr 2020 11:31

Argentina koronavirus infeksiyasının yeni formasının yayılması səbəbindən 21 dekabrdan etibarən Böyük Britaniya ilə uçuşları müvəqqəti dayandırır.

Spacetv.az xəbər verir ki, bu barədə RT ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

“Hökumət qabaqlayıcı məqsədlə COVID-19-un yeni növünün meydana gəldiyi elan edilən Böyük Britaniyadan epidemioloji vəziyyətlə əlaqədar olaraq uçuşları dayandırmağı qərara aldı”, – deyə bildirilir.

Qeyd edək ki, 14 Avropa İttifaqı ölkəsi Britaniya ilə uçuşları təxirə salıb.

Paylaş

 Xəbəriniz olsun