Daha bir ölkə Çinlə sərhəddini bağladı

  • SpaceTV
  • 27 Yanvar 2020 14:21

Çində yayılan yeni növ koronavirus səbəbindən Çinlə sərhədlərini bağlayan və Çinə uçuşları dayandıran ölkə sayı artır.

SPACE TV xarici mediaya istinadən xəbər verir ki, bu dəfə Monqolustan höküməti Çinlə sərhəddi bağlamaq qərarı alıb. Qərar qeyri-müəyyən müddətə qədər nəzərdə tutulub. Bundan başqa, hökümətin bu gün keçirilən iclasında orta məktəb və universitetlərdə də dərslərin dayandırılması qərara alınıb.

Hökümət həmçinin vətəndaşları kütləvi mitinqlərə toplaşmamağa çağırıb.

Paylaş

 Xəbəriniz olsun