Daha bir neçə deputatda koronavirus aşkarlandı – SON DƏQİQƏ

  • Space TV
  • 22 İyun 2020 11:33

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin deputatları və Aparat işçiləri koronavirus testindən keçiblər.

SPACE TV qafqazinfo-ya istinadən xəbər verir ki, deputatlardan bir neçəsinin analiz nəticələri pozitiv çıxıb. Nəticələri pozitiv çıxan deputatlar bu barədə məlumatlandırılıb. Hələ ki, onların kim olması barədə ictimaiyyətə açıqlama verilmir.

Hazırda 121 deputatının hər birinin nəticələri bəlli olduqdan sonra, Milli Məclisin Mətbuat Xidməti tərəfindən ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, deputat Sahib Alıyev şənbə günü koronavirusa yoluxduğunu açıqlamışdı.

Paylaş

 Xəbəriniz olsun