Daha bir kruiz gəmisində kütləvi xəstəlik: 345 nəfər virusa yoluxdu

  • SpaceTV
  • 15 Fevral 2020 14:28

ABŞ-da Fort-Loderdeyldən Cənubi Floridaya gedən kruiz gəmisi “Caribbean Princess”də 345 sərnişin xəstəliyə tutulub.

NBC-nin yaydığı xəbərə görə, bu “Princess” şirkətinə məxsus gəmidə baş verən ikinci hadisədir.

Bildirilir ki, gəmi dörd min sərnişinlə fevralın 2-də iki həftəlik səyahətə çıxıb.

Sərnişinlərin xəstəliyə tutulması səbəbindən gəmi üç gün tez qayıdıb.

“Koronavirus mənşəli mədə-bağırsaq infeksiyası” olduğu təxmin edilən xəstəliyin hələlik dəqiq səbəbi bilinmir.

Xatırladaq ki, Yaponiyanın Yokohama şəhəri yaxınlığında karantində saxlanılan, şirkətə məxsus digər gəmidə  – “Diamond Princess”də koronavirusa yoluxanların sayı 218 nəfərə çatıb.

Paylaş

 Xəbəriniz olsun