Daha bir kəndə mavi yanacaq verilib

  • Space TV
  • 18 Dekabr 2019 17:20

Bərdə rayonunda daha bir kəndə təbii qazın verilməsi təmin edilib. Rayonun Hacıəhmədli kəndində 62 abonent yeni il ərəfəsində mavi yanacağın verilməsinin sevincini yaşayıblar. Bu münasibəıtlə kənddə keçirilən tədbirdə çıxış edən kənd sakinləri bunu özlərinə yeni il hədiyyəsi olaraq qəbul ediblər.

Hacıəhmədli kəndinin mavi yanacaqla təmin edilməsi üçün, müasir tələblərə cavab verən borulardan istifadə edilib. Fərdi paylayıcılar quraşdırılıb.

Hazırda Bərdə rayonunun Məşədi İbişli və Təhlə kəndlərini çıxmaq şərtilə bütün kəndlər təbii qazla təmin edilib.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun