Daha bir aviaşirkət Çinə uçuşları dayandırır

  • Space TV
  • 1 Fevral 2020 14:43

Avstraliyaya məxsus “Qantas Airways Limited” aviaşirkəti koronavirus səbəbi ilə Çinə uçuşları təxirə salıb.

“Reuters”in yaydığı xəbərə görə, hava yolu şirkəti uçuşları fevralın 9-dan dayandıracaq.

Xəbərdə bildirilir ki, Avstraliya milli aviadaşıyıcısının Sidneydən Pekinə və Sidneydən Şanxaya birbaşa uçuşları martın 29-dək baş tutmayacaq.

Avstraliyadan Honkonqa edilən uçuşlarda dəyişiklik olmayacaq. Eyni zamanda, 9 fevral tarixinin nəzərdən keçiriləcəyi və müştərilərin tələbindən asılı olaraq, tarixin irəli çəkiləcəyinin mümkünlüyü bildirilib.

Aviaşirkət Sinqapur və ABŞ-ın materikdən Çinə uçan insanlar üçün ölkələrinə daxil olma qaydalarının sərtləşdirildiyini elan etməsindən sonra belə qərar verildiyini deyib.

Paylaş

 Xəbəriniz olsun