Daha 57 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi

  • Space TV
  • 21 Dekabr 2020 15:35

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizi cəmi 44 gün ərzində erməni faşizminin işğalından azad etdi, daim qürur doğuran şanlı qəhrəmanlıq tarixi yazdı. Bu möhtəşəm Zəfərimizlə qüdrətli Orduya malik güclü dövlət olduğumuzu, sarsılmaz birliyimizi dünyaya göstərdik.

Spacetv.az xəbər verir ki, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın müxtəlif bölgələrində daha 57 fərdi yaşayış evinin şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilməsi tədbirlərində vurğulanıb.

Goranboy rayonunda evlərin təqdim edilməsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev iştirak ediblər.

V.Nəsirli bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda – 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 1200-dən çoxu verilib.

Ümumilikdə ötən dövrdə 9 minə yaxın şəhid ailəsi və müharibə əlili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və fərdi evlə təmin edilib.

Paylaş

 Xəbəriniz olsun