Daha 4 qadın güləşçimiz mübarizəyə başladı

  • SpaceTV
  • 13 Fevral 2020 11:13

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

SPACE TV xəbər verir ki, yarışın 4-cü günündə Azərbaycanın daha 4 qadın güləşçisi mübarizəyə qoşulacaq. 53 kq çəki dərəcəsindəki Tatyana Varansova təsnifat mərhələsində Marina Rueda-Flores (İspaniya) ilə üz-üzə gələcək. Alyona Kolesnik (57 kq) 1/4 finalda Qreys Bullen (Norveç) qarşılaşacaq.

Tatyana Omelçenko (62 kq) 1/8 finalda Aurora Kampanya (İtaliya) ilə, Elis Manolova (65 kq) isə Petra Olli (Finlandiya) ilə güləşəcək.

Qeyd edək ki, digər qadın güləşçi Sabirə Əliyeva bu gün təsəlliveri görüşə qatılacaq. Türkan Nəsirova (50 kq), Elmira Qəmbərova (59 kq) və İrina Netreba (68 kq) uduzduqları və rəqibləri finala çıxmadıqları üçün mübarizəni dayandırıblar.

Azərbaycan yunan-Roma güləşçiləri isə Avropa çempionatını 2 qızıl, 4 bürünc medalla başa vurub. Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar.

Paylaş

 Xəbəriniz olsun