Daha 20 şagird və 6 işçidə koronavirus aşkarlanıb

  • Space TV
  • 9 Oktyabr 2020 14:40

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Spacetv.az-a bildirilib ki, şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 20 şagird və 6 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçmiş siniflərin sayı isə 7-dir.

Əyani təhsilə keçmiş siniflərin sayı birdir.

İndiyə qədər ölkə üzrə iki məktəb, 36 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

Paylaş

 Xəbəriniz olsun