Daha 2 neftçinin meyidi tapıldı

  • SpaceTV
  • 8 May 2020 17:04

Həmin faciədə itgin düşənlərdən biridə Şahnaz  Abduləzizovanın həyat yoldaşı qocaman neftçi 66 yaşlı  Abdüləziz Əbdüləzizov idi.Ailə başçısını itirən Abduləzizovlar itgin düşən yaxınlarına görə yas mərasiminidə keçirmişdilər, ancaq həmin faciədən 4 i il yarım ötməsinə baxmayaraq,sözgedən qəzada yaxınları itgin düşən digər ailələr kimi onlarında ümidi kəsilməmişdi.

Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən neftçilərdən ikisinin cəsədi tapılıb.Cəsədi tapılan digər neftçi isə 47 yaşlı   Əyyub Əliyevdir.Hər iki cəsəd müayinə  olunması  üçün Məhkəmə Tibbi ekzpertiza və pataloji anatomiya birliyinin Sabunçu rayon bölməsinə təhvil verilib

Mərhumun oğlu Zaur Abduləzizov deyir ki, atasının meyidinin tapılması ilə bağlı onlara məlumatı Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin əməkdaşları verib.Dənizdən cəsədləri çıxarılan hər iki neftçinin  şəxsiyyətini təsdiq edən sənədlər onların üzərində olub.

Xatırladaq ki, qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas edilib, 11 nəfər həlak olub, 19 nəfər isə itkin düşmüşdü.Onuda qeyd edək ki,dövlət tərəfindən Günəşli yatağında baş vermiş faciədə həlak olan və itgin düşən neftçilərin xatirəsinə  PirAllahı adasında  abidə də  ucaldılıb.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun