Daha 2 azərbaycanlı beynəlxalq dərəcəli hakim adına layiq görülüb

  • SpaceTV
  • 4 Avqust 2019 21:36

Polşanın Poznan şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib.

SPACE.TV- Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, seminarda ədalət təmsilçiləri beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan veriblər.

Nəticədə Azərbaycanın ədalət təmsilçilərindən Rəşad Əliyev və Məhəmmədəli Quluzadə beynəlxaq dərəcəli hakim adına layiq görülüblər. Onlar seminara Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə qatılıblar.

Paylaş

 Xəbəriniz olsun