Daha 13 şagirddə koronavirus aşkarlanıb

  • SpaceTV
  • 25 Sentyabr 2020 15:50

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Spacetv.az-a bildirilib ki, sentyabrın 24-də 86 şagird və 3 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 13 şagird və 7 işçidə koronavirus aşkarlanıb.

Daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 11-ə çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

Paylaş

 Xəbəriniz olsun