Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı – FOTO

  • SpaceTV
  • 23 Noyabr 2020 16:25

Rusiya Federasiyası Silahlı Qüvvələrinin istehkamçıları Dağlıq Qarabağda Rusiya sülhməramlılarının nəzarət zonasına daxil olan ərazinin minalardan təmizlənməsinə başlayıb.

“RİA Novosti” bununla bağlı kadrları yayımlayıb.

Qeyd edək ki, bundan əvvəl RF Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssislərinin bölgədəki sülhməramlı əməliyyat zonasında tapşırıqları yerinə yetirmək üçün Dağlıq Qarabağa gəldikləri bildirilmişdi.

Həmçinin, o da vurğulanmışdı ki, mütəxəssislər təyinat yerinə çatdıqdan sonra partlayıcı obyektlərin mühəndis kəşfiyyatı, minalardan təmizlənməsi və məhv edilməsi üçün tapşırıqları yerinə yetirməyə başlayacaqlar.

Paylaş

 Xəbəriniz olsun