Dağlıq Qarabağ separatçıları ilə bağlı suvenir avronun dövriyyəyə buraxılmasının qarşısı alındı

  • SpaceTV
  • 7 Noyabr 2019 17:39

Almaniyada Dağlıq Qarabağla bağlı növbəti təxribatın qarşısı alınıb.

SPACE TV  xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyi “EuroSchein Souvenir GmbH” şirkəti tərəfindən üzərində “Republic of Artsakh” yazısı olan 0 avro suvenirinin dövriyyəyə buraxılmasının qarşısını alıb.

Səfirliyin müdaxiləsindən sonra şirkətin rəhbərliyi Azərbaycandan üzr istəyib, suvenirin dövriyyəyə buraxılmayacağını bildirib və bu barədə məlumatı internet saytından silib.

Paylaş

 Xəbəriniz olsun