Şəki və Xızının dağlıq ərazilərində baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Şəki rayonunun Təpəcənnət kəndində dağlıq ərazidə 200 ha sahədə kol-kos və quru ot yanıb. Yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub və söndürülüb.
Bundan başqa Xızı rayonunun Fındığan kəndində dağlıq ərazidə 60 ha quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.