Hələ yay fəsli bitməyib. Payızın gəlməyinə isə hələ bir necə gün var. Amma deyəsən payız gəlmədən qış bizi haqlayacaq. Bəzi dağlıq rayonlarımızda artıq soyuq hava hökm sürür. Üstəlik Böyük Qafqaz sıra dağlarının yüksəkliklərinə ilk qar da yağıb.
Dağlara yağan qar rayonunun yüksək dağ kəndlərində havanın temperaturunu da aşağı salıb. Əməkdaşımız qarın düşdüyü dağlara yaxın olan ərazilərə gedib və bir-neçə saatlıq müşahidədən sonra dağların zirvələrində olan ağ örpəyi çəkə bilib. Kənd sakinləri bildirir ki,artıq bir-neçə gündür dağların başı qarlıdır. Ancaq zirvələrdə qatı duman olduğundan bunu gözlə görmək hər dəfə mümkün olmur deyə 85 yaşlı İlisu kənd sakini bildirib.
İlkin Piranov – Space