Dağ Yəhudiləri Dini İcması şəhidlərin xatirəsini yad etdi

  • Space TV
  • 4 Dekabr 2020 13:39

Bu gün Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib. 

Spacetv.az xəbər verir ki, bununla bağlı ölkənin hər yerində: məscidlərdə, kilsə və sinaqoqlarda şəhidlərimizin ruhuna dualar oxunub. Belə anım mərasimlərindən biri də Dağ Yəhudiləri Dini İcması tərəfindən həyata keçirilib.

Anım mərasimində Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub, yaralılara şəfa dilənib.

Xatırladaq ki, Vətən müharibəsində 2 783 hərbi qulluqçumuz şəhid olub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Paylaş

 Xəbəriniz olsun