Dabaq təhlükəsi

  • SpaceTV
  • 4 Oktyabr 2019 18:18

Peyvəndləmə işləri şəhər və rayonun bütün kəndlərini əhatə edir.Bunun üçün Zaqatala rayon Baytarlıq idarəsi tərəfindən sahə məntəqələri lazımi avadanlıq və dərman preparatları ilə təmin olunub.

Mal-qara sahibləri belə peyvəndləmə işlərinin vacib olduğunu bildirirlər.Əsasən də dabaq xəstəliyinin vaxtında qarşısının alınmasını məqsədəuyğun hesab edirlər.Dabaq çox sürətlə yayılan infeksion xəstəlik olduğu üçün bu xəstəliyə qarşı mübarizə ildə iki dəfə aparılır.

Bu il Zaqatala rayonu ərazisində dabaq və yaxud da digər xəstəliklərə yoluxan iribuynuzlu heyvanlar aşkarlanmayıb.60700 baş heyvan və 300 baş at qara yaraya qarşı,61700 baş iribunuzlu mal-qara dabaq və nodulyar dermatit,o cümlədən 3450 it quduzluğa qarşı peyvənd olunub.İdarədən verilən məlumata görə,rayonda epizodik durum sabitdir…

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun