Da Vinçinin oğurlanmış əsəri tapıldı

  • Space TV
  • 19 Yanvar 2021 10:24

İtaliyada dünya şöhrətli rəssam Leonardo da Vinçinin bir neçə il bundan öncə oğurlanmış “Dünyanın xilaskarı” rəsm əsəri tapılıb. Tablonun XV əsrə aid olduğu bildirilir.

“Dünyanın xilaskarı” tablosu 2019-cu ildə Neapol şəhərində oğurlanıb. Bu barədə yalnız indi, əsər tapıldıqdan sonra məlumat verilib.

“Dünyanın xilaskarı” oğurlandığı yerin yaxınlığında, şəxsi evdə tapılıb. Evin sahibi dərhal həbs edilib. Onun cinayətdə iştirakı təsdiqlənib.

Hazırda polis oğruları axtarır. Ehtimallara görə, rəsm əsərinin xarici ölkələrə satılması planlaşdırılıb. Lakin koronavirus bu planları alt-üst edib.

Paylaş

 Xəbəriniz olsun