Dəşətli qatar qəzası: 62 nəfər həlak oldu

  • SpaceTV
  • 31 Oktyabr 2019 11:09

Pakistanın şimal-şərqində yerləşən Pəncəb əyalətində sərnişin qatarı yanıb.

SPACE TV xəbər verir ki, hadisə nəticəsində ən azı 62 nəfər həlak olub.

Yerli hökumət rəsmilərinin sözlərinə görə, qatar Pəncab əyalətinin cənub hissəsinə yola düşərkən yanğın baş verib. Qaz balonunun partlaması nəticəsində meydana gələn alov qatarın üç vaqonunu külə çevirib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Ölü sayının artacağı istisna edilmir.

Paylaş

 Xəbəriniz olsun