Dərslər nə vaxtdan başlaya bilər? – AÇIQLAMA

  • SpaceTV
  • 6 Aprel 2020 16:26

“Martın 3-dən etibarən orta və ali ümumtəhsil müəssisələrində təhsil prosesi dayanıb. Yəni, təhsil prosesi donub. Belə vəziyyətdə keçirilməyən dərslərin kompensasiyası ən aktual məsələdir

SPACE TV-a açıqlamasında bu sözləri tədris müəssisələrində dərslərin başlanma vaxtının uzadılması və proqramdan geri qalan şagirdlərin əlavə dərslərin kompensasiya edilib-edilməyəcəyilə bağlı yaranan narahatlıqlara aydınlıq gətirərkən təhsil eksperti Kamran Əsədov deyib.

“Kompensasiya üçün bir sıra variantlar var. Aprelin sonuna qədər ölkədə virusa yoluxanların sayında azalma olarsa, yay aylarında dərslər keçirilə bilər. Heç kəs düşünməsin ki, isti yay aylarında birbaşa hamı dərsə gedəcək, yox. Təklif olunur ki, yay aylarında ancaq səhər saatlarında, saat 8.00-dan 10.00-a qədər, hər gün azərbaycan dili, riyaziyyat və xarici dil fənlərinin tədrisi üçün 2 və ya 3 dərs aparılsın. Digər tərəfdən, elektron resurslar hesabına, yəni virtual məktəb yaratmaqla zəruri minimum biliklərin əldə edilməsi istiqamətində iş görülə bilər. Ancaq ən vacib məqam birbaşa sinif otaqlarında dəsrlərin aparılmasıdır. Çünki texniki avadanlıqlar heç də bütün şagirdlər üçün bərabər səviyyədə əlçatan deyil.”

Bəs mövcud vəziyyətə əsasən dərslər nə zaman başlanıla bilər?

”1 mayda başlayacağını düşünürəm.”

Təhsil Nazirliyinin bütün ölkə ərazisini əhatə edən yeni “Virtual məktəb” layihəsi nə qədər uğurlu olacaq?

Ölkənin bütün ərazisinə yayımlanan “Teledərslər”lə yanaşı, “Virtual məktəb” layihəsi Nazirlik tərəfindən şagirdlərin istifadəsinə verilmiş məsafədən tədris almaq üçün əlavə bir imkandır. “Virtual məktəb” layihəsi əsasında ənənəvi məktəbdaxili qiymətləndirmə aparılmayacaq. Bu layihə şagirdlərə əsasən özünü qiymətləndirmə alətlərini, müəllim və sinif yoldaşları ilə interaktiv əlaqə qurmağı və bir sıra digər yeni imkanları təqdim edəcək. Eyni zamanda “Virtual məktəb” layihəsinə bu və ya digər obyektiv səbəbdən hazırda qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandı, onların hansısa şəkildə bu layihəyə qoşulmasına məcbur edilməsindən və ya cəzalandırılmasından söhbət gedə bilməz.”Virtual məktəb” layihəsi müəllimlər tərəfindən mart ayının əvvəlindən müxtəlif proqram təminatları üzərindən fərdi şəkildə apardığı onlayn dərsləri istisna və ya qadağa etmir, sadəcə vahid platforma üzərindən daha geniş imkanlar verir. Bu fədakar müəllimlərə cəza yox, alqış düşür. Hazırkı vəziyyətdə hər bir faydalı imkandan istifadə edilməlidir.

Paylaş

 Xəbəriniz olsun