4 cü sinifdə oxuyan Nuray Cəfərzadə kimi bir çox şagird təhsil aldıqları məktəbə səhər saatları deyil günortadan sonra gəlib axşam saatları tərk edir. Bu məktəb Xırdalanda yerləşən 9 saylı orta məktəbdir.
Məktəb 1170 şagird üçün nəzərdə tutulsada hazırda təhsil ocağında 3 mindən artıq şagird təhsil alır. Ötən illə müqayisədə bu il şagird sıxlığı yaşandığı üçün hazırda bu məktəbdə dərslər 3 növbəli şəkildə keçirilir. Bu isə valideynlərin narazılığına səbəb olub. Özləri belə deyir.
Bəs qanunvericiliklə nə deyir? Məktəbdə şagird sayı çox olarsa məktəb 3 və ya 4 növbəli sistemə keçə bilərmi.
Abşeron rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova deyir ki, hazırda Abşeronda 9 saylı məktəblə yanaşı 1,2,5 , və 6 saylı məktəblərdə də sözügedən problem yaşanmaqdadır. Məsələdən Təhsil Nazirliyində də xəbərdardır.
Deməli valideynlərə səbr edib 1 il də gözləmək qalır. Şagirdlərə isə növbəsindən asılı olmayaraq oxumaq, oxumaq , yenə də , oxumaq. Gec olar güc olaraq ölkənin bütün regionlarında olduğu kimi bu ərazidə yaşayan sakinlər üçün də genis və bütün lazımi avadanlıqlarla təhciz olunmuş yeni məktəb tikilər.
Rəşad Vəkiloğlu Space