“Dərs oxu” devizi altında “bir şəhidin qızına yazdığı ifadə”

  • Space TV
  • 21 İyul 2020 17:08

“Dərs oxu” deyə müraciət etmişdi, əziz qızına, şəhidimiz. Düşünürəm ki, bu sadəcə bir kitabın içindəki elm yükünü əzbərləmək tapşırığı deyildi. Qəhrəman şəhid, yəqin ki, həyatdan aldığı dərsdən danışırdı. Heç şüphəm də yoxdur, şəhid qızı elm oxusa, çox güman ki həmin vətənpərvər  ruh üzərində cücərmiş eşq üzrə böyüyəcəkdir.

Azərbaycanıma  arxa duranları özün qoru Ya Rəbbim,Vətənimi,onun övladlarını kimsənin yanında qoyma əyilə.Üç rəngli bayrağımızı vətən göylərində elə dalğalandır ki,onun küləyindən qorxan düşmənlər bir də vətənimə,onun oğlan və qızlarına kəm gözlə baxa bilməsinlər. Ali Baş Komandanın rəhbərliyi altında bizi yenilməz et, Ulu Tanrım.

Göz yaşları ilə yazdığım bu sözlərin əvəzinə xoş müjdəli bir xəbəri paylaşaq! “Qarabağımız erməni dığalarından azad oldu” Yəl millətimin oğlan və qızları çıxaq uca dağ başına bir tonqal qalayaq. Axı tonqal dədəmiz Qorqud demişkən şənlik rəmzidir.

NƏRİMANOV RAYONU ALI MUSTAFAYEV ADINA

202 NÖMRƏLİ MƏKTƏBİN AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT MÜƏLLİMİ,

2012-Cİ İLİN ƏN YAXŞI MÜƏLLİM MÜSABİQƏSİNİN QALİBİ.

GÜLŞƏN HÜSEYNOVA

Paylaş

 Xəbəriniz olsun