Dərinlikdəki “bədheybət”: “Bermud üçbucağı”nın sirlərindən biri açılıb – FOTO

  • Space TV
  • 1 Dekabr 2020 10:47

Tədqiqatçılar “Bermud üçbucağı”nın sirlərindən birini açmağı bacarıblar. Onlar Atlantik okeanının bu hissəsindəki dəniz canlılarının cəsədlərindəki qəribə izlərin haradan gəldiyini müəyyən edə biliblər.

Spacetv.az xəbər verir ki, bu barədə “Zvezda” xəbər yayıb.

Bildirilir ki, “Bermud üçbucağı” dünyanın ən dərin sualtı kanyonlarından birinə sahibdir. Bölgənin cənub hissəsindəki Puerto-Riko xəndəyi 8,3 min metr dərinliyə malikdir. Elm adamları orada köpək balığının belində ciddi yaralar aşkarlayıblar və onun xəsarətinin mənşəyini öyrənmək qərarına gəliblər.

Araşdırmalar zamanı köpək balığının tez-tez Rouz adası yaxınlığında “Okeanın dili” adlanan sualtı xəndəyə girdiyi ortaya çıxıb. Orada yaşayan canlıların əksəriyyəti elmə məlum deyil, lakin tədqiqatçılar hansı “bədheybətin” bu cür izlər buraxdığını öyrənə biliblər.

Qaranlıq sularda kəsici köpəkbalığının kiçik populyasiyası tapılıb. Uzunluqlarının yalnız 50 santimetr olmasına baxmayaraq, onlar aqressiv xarakterləri ilə fərqlənirlər. Kiçik köpək balığı kəskin hücumları ilə məşhurdur və orkinos, ağ köpək balığı, hətta balinalara hücum edə bilirlər.

“Bermud üçbucağı” Atlantik okeanında gəmilərin və təyyarələrin uzun müddət yoxa çıxdığı ərazidir. 

Paylaş

 Xəbəriniz olsun