Dərdimizə dəva olmayan dərmanlar – VİDEO

  • Space TV
  • 2 Sentyabr 2020 12:55

İstifadə etdiyimiz dərmanların əlavə təsirləri qaçılmazdır. El arasında da deyildiyi kimi əgər dərman içib bir yerimizi sağaldırıqsa, başqa bir orqanımıza ziyan vururuq. Amma dərmansız da əksər  xəstəliklərə qalib gəlmək mümkün deyil. Odur ki, uğurlu nəticə əldə etmək üçün  keyfiyyətli dərmanlardan istifadə  mütləqdir. Space TV-nin xəbərinə görə, bu gün dərman bazarındakı  çeşid müxtəlifliyinə  görə, istehlakçılar hansı dərmanın daha keyfiyyətli olduğunu ayırd etməkdə  çətinlik  çəkir.  Mütəxəssislər də deyir ki, bu sahədə vəziyyət elə də ürəkaçan deyil.

Bəzi hallarda keyfiyyətsiz  dərman preparatları da satışa çıxarılır.

İstehlakçılar keyfiyyəti şübhə doğuran dərman preparatları aldıqda, və ya onun effektini görmədikdə Səhiyyə Nazirliyinin qaynar  xəttinə müraciət etməli, həmin dərmanların Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb-alınmaması ilə bağlı məlumatı araşdırmalıdırlar.

Alıcılar dərmanın sertifkatını tələb etmək hüququna  da malikdirlər.

AİB-in sədri Eyyub Hüseynovun  sözlərinə görə, əgər dərman preparatının qiyməti dövlət tərəfindən tənzimlənməyibsə, onlar apteklərdə fərqli  qiymətlərə təklif oluna bilər.

Qeyd edək ki, dərman alarkən onun qablaşdırılmasına, içliyindəki yazıların həm də Azərbaycan dilində olmasına diqqət etmək önəmli   məqamlardan  biridir.

Nərmin Vüqarqızı, Həsənağa Dadaşov, Space TV

Paylaş

 Xəbəriniz olsun