Dənizdə qorxulu vəziyyət: İki ada yoxa çıxdı

  • Space TV
  • 16 Yanvar 2020 10:30

İndoneziyanın Cənubi Sumatra adasında dəniz səviyyəsinin yüksəlməsi nəticəsində 2 ada suya qərq olub.

SPACE TV xəbər verir ki, adalardan biri 1 metr, digəri isə 3 metr suda batıb.Məlumata görə, adada yaşayış olmadığına görə ciddi təhlükə yaşanmayıb. Rəsmi dairələr xəbərdarlıq edib ki, təcili tədbirlər görülməsə yaxın aylarda daha 4 ada suya qərq olacaq. Yaşayış məskənlərinin olduğu daha bir neçə ada təhlükə altındadır.Suyun səviyyəsinin artması iqlim dəyişikliyi ilə bağlıdır.

Qeyd edək ki, İndoneziyanın ərazisi 16 min 56 adadan ibarətdir.

Paylaş

 Xəbəriniz olsun