Dəniz Akademiyası Vətən müharibəsi iştirakçılarına güzəştlər edəcək

  • Space TV
  • 15 Dekabr 2020 11:56

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Şurasının növbəti iclası keçirilib.

Bu barədə Spacetv.az-a ASCO-dan məlumat verilib.

Məlumata görə, Elmi Şuranın gündəliyində duran məsələlərdən biri də ADDA rektoru Heydər Əsədovun Elmi Şuraya təqdim etdiyi şəxsi təşəbbüsü olub. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsində iştirak etmiş tələbələrimizin böyük igidlik göstərdiklərini və dövlətimizin mənafelərinin təmin olunmasında xidmətlərini nəzərə alaraq, onların akademik borclarının ləğvində güzəştlər nəzərdə tutulub. Təklifdə həmin tələbələrin akademik borclarının ləğvi üçün fənni dinləmədən imtahana buraxılması, həmçinin onların akademik borclara görə kredit ödəmələrindən azad olunması öz əksini tapıb. Vətən müharibəsində iştirak etmiş tələbələrimiz ehtiyac yarandığı təqdirdə yataqxana ilə də ödənişsiz təmin olunacaqlar.

Təklifi Elmi Şura üzvləri müsbət qarşılayıb və yekdilliklə qəbul olunub.

Paylaş

 Xəbəriniz olsun