Dəmirağacı

  • SpaceTV
  • 30 May 2020 14:44

Əsasən çay hövzələrində bitən dəmirağacları Cənub meşələrində, xüsusi ilə Cəlilabad ərazisində qrub və zolaq halında yayılıb. Digərlri ilə müqayisədə bu ağac növünün spesfik xüsusiyyətlri var. Belə ki, əksər ağaclar yanvar ayında qış yuxusunda olduğu halda, dəmirağacları məhz bu aydan etibarən çiçəkləməyə başlayır, və il boyu vegetasiya dövrü keçirir. Dəmirağacı yeganə ağcdır ki, onun bitdiyi ərazilərdə ot örtüyünə rast gəlinmir. Çünki bu ağacın tərkibində turşuluq həddən çox olduğundan yerə tökülən yarpaqlar otların bitməsinə mane olur. Dəmirağacları son dərəcə möhkəm olması, eləcə də suda batma xüsusiyyətlərinə malikdir. Bundan başqa ayrı-ayrı bitən bu ağaclar sonradangövdə və yuxarı budaqları vasitəsi ilə bir-birinə təbii şəkildə qaynaq olunaraq vahid bir şəbəkə əmələ gətirə bilir. Sıx bitdiyindən dəmirağaclarının kölgəsi yay mövsümündə son dərəcə sərin olur.

Bir vaxtlar Nobel qardaşları dəmirağacının möhkəmliyinə görə ondan silah qundaqları istehsal etmək niyyəti ilə ölkəmizə gəliblər. Lakin Bakıda çoxsaylı neftyataqlarının kəşf olunması onları bu fikrindən daşındırıb. Dəmirağacları Cənub bölgəsində Cəlilabadla yanaşı Lənkəranda yerləşən Hirkan Milli Parkının ərazisində də geniş yayılıb. Dünyada dəmirağaclarından hərbi avtomobil sənayesində geniş istifadə olunur. Gövdəsi nadir hallarda düz olduğu üçün bundan demək olar ki, tikintidə istifadə edilmir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun