Dəm qazından boğuldu

  • SpaceTV
  • 2 Dekabr 2019 17:06

Hadisə ötən gecə  şəhərin Xaqani küçəsi 24 ünvanında yerləşən fərdi yaşayış evində baş verib. Belə ki, Şirvan sakini, 1970-ci il təvəllüdlü Cəfərov Qurban Əlsoltan oğlu hamamda çimərkən dəm qazından zəhərlənib.

Yaxınları onu Şirvan şəhər mərkəzi xəstəxanasına aparsalar da onun həyatının xilas etmək mümkün olmayıb. O, xəstəxanaya çatdırılarkən yolda keçinib. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun