Dəm qazından boğulan idmançı məşhur döyüşçümüzün qardaşı imiş

  • Space TV
  • 3 Fevral 2020 11:29

Bakının Ramana qəsəbəsində dəm qazından vəfat edən MMA idmançısı Arzuman Abbasovun kimliyi müəyyənləşib.

SPACE TV-in xəbərinə görə, 17 yaşlı Arzuman tanınmış MMA döyüşçümüz, “Fight Nights Global”ın yüngül çəkidə çempionu Nəriman Abbasovun kiçik qardaşıdır.

Tailandın Puket şəhərində kəmərini qorumaq üçün təlim-məşq toplanışında olan və iki gün əvvəl təntənəli şəkildə 26 yaşını qeyd etmiş Nəriman bir gün sonra qardaşının faciəvi şəkildə dünyasını dəyişdiyini öyrənib. O, hazırda məşqlərini yarımçıq saxlayaraq Azərbaycana qayıdır.

Paylaş

 Xəbəriniz olsun