Bərdədə dəm qazı faciəsi yaşanacaqdı. Səssiz ölümə yaxalannanlar son anda qurtula bilib.
Belə ki, Bərdədə dəm qazından zəhərlənmə hadisəsi baş verib. Bir ailənin 3 üzvü dəm qazından zəhərləniblər. Space TV –nin xüsusi müxbiri məlumat verir ki, hadisə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə baş verib.
Zəhərlənən 39 yaşlı Gülnarə Muxtar qızı Hətəmova, 20 yaşlı Ramin Şakir oğlu Hətəmov və 19 yaşlı Fidan Elxan qızı Hətəmova Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, hazırda xəstələrə ilk yardım göstərilib, baş verən faktla bağlı araşdırma aparılır.
Emin Babayev – Space