Dəm qazı daha bir can aldı: Bayram tətilinə gedən tələbə öldü

  • Space TV
  • 4 Yanvar 2020 12:36

Bakıdan Gəncəyə bayram tətilinə gedən tələbə dəm qazından boğularaq ölüb.

SPACE TV-in xəbərinə görə, hadisə Gəncənin Gülüstan qəsəbəsində baş verib. Kəlbəcər rayon sakini, Bakıda təhsil alan tələbə, 1998-ci il təvəllüdlü Məmmədov Tural Uğur oğlu nənəsinin yaşadığı evdə hamamda çimərkən dəm qazından boğulub.

T.Məmmədov xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub. Allah rəhmət eləsin.

Faktla bağlı araçdırma aparılır. 

Paylaş

 Xəbəriniz olsun