Dəm qazı can alır

  • SpaceTV
  • 27 Noyabr 2019 14:30

Son vaxtlar ölkədə dəm qazından zəhərlənmə halları xeyli artıb.Təkcə ötən 1 həftə ərzində  Gəncədə 1 qadın , paytaxtın Sabunçu rayonunda İqtisad Univeristetinin 4 cü kurs tələbəsi , bu gecə isə  Xəzər Univeristetinin  6 tələbəsi zəhərlənib.İqtisad  Univeristetinin  tələbəsi  23 yaşlı  Ramil Adil oğlu Məhyəddinov yaşadığı evin hamam otağında ailə üzvləri tərəfindən huşsuz vəziyyətdə aşkar edilib.Müayinə zamanı Ramil Məhyəddinovun dəm qazından öldüyü müəyyən edilib.

Xəzər Univeristetinin  6 tələbəsi  Nizami rayonu Qara –Qarayev prospekti-76 ünvanında kirayə qaldıqları mənzildə zəhərlənmələri barədə təcili tibbi yardıma özləri  məlumat veriblər.Halsız vəziyyətdə olan 17 yaşlı Ləman Salmanlı , Nəzakət Heydərli, Nazlı  Qarayeva , Aysun Rəcəbli, 18 yaşlı Gülyetər Mahmudova , Aysun Osmanlı təcili yardım maşını ilə kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Tələbələrin kirayə qaldığı evin sahibi Fidan Dadaşova deyir ki, qızların zəhərlənməsindən  bu  gün səhər  saatlarında  xəbər  tutub.Hazırda 6 tələbədən 5-nin vəziyyəti yaxşılaşdığı üçün lazımı tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.  ancaq  Ləman Salmanlının müalicəsi hələdə davam etdirilir

Ev sahibi Fidan xanım deyir, əgər qızlar həqiqətən dəm qazından zəhərləniblərsə nəyə görə özlərinin yedikləri turşu bankalarını  prokururluq əməkdaşları mənzilə baxış keçirənə qədər atıblar.

Hazırda faktla bağlı araşdırma aparılır, tələbələrin dəm qazından, yoxsa  qidadan zəhərlənməsi araşdırmaların sonunda bəlli olacaq

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun