Dələduzluq edənlər saxlanılıb

  • Space TV
  • 9 Sentyabr 2020 12:26

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  rayonun Ağayrı kənd sakini bir qadını dələduzluq yolu ilə aldadaraq onun 2000 manat dəyərində 3 ədəd qızıl üzüyünü ələ keçirən Bərdə şəhər sakinləri Bərahət Əliyeva və onun gəlini Aynurə Abdullayeva  saxlanılıb. Space TV –nin xəbərinə görə, dələduzlar  zərərçəkən  şəxsi aldadaraq bildiriblər ki, onun ailəsində baş verəcək  bədbəxt hadisənin qarşısını almaq məqsədilə qızıl-zinət əşyalarını aparıb dua oxuduqdan sonra geri qaytaracaqlar. Araşdırmalar nəticəsində  həmin şəxslərin dua yazmaq və digər bu kimi müxtəlif üsullarla daha 3 şəxsi aldadaraq ümumilikdə 800 manat pulunu və 2300 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdikləri müəyyən edilib. Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində başlayan cinayət işinin istintaqı davam edir. Hazırda onların başqa bu kimi faktlarda iştirakının olub-olmadığı araşdırılır.

Paylaş

 Xəbəriniz olsun