Dələduzluq edən şəxs saxlanılıb

  • SpaceTV
  • 28 Yanvar 2020 16:30

Quba raypnun Zizik kənd sakini, 48 yaşlı Məmməd Mustafayevrayon sakini olan bir qadına rayon ərazisində torpaq sahəsi satacağı barədə yalan vədlər verərək onun 30.000 min manat pulunu dələduzluq yolu ilə ələ keçirilib. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində həmin şəxs saxlanılıb və o ilkin dindirmə zamanı törətdiyi cinayət əməllini etiraf edib.

Polis əməkdaşları Məmməd Mustafayevin digər analoji cinayətlərdə iştirakını da istisna etmir.Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Quba RPŞ-nə və ya şəhər telefonlarından 02333-5-35-11; 02333-5-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun