Dələduz saxlanılıb

  • Space TV
  • 17 Avqust 2020 16:14

Mingəçevirdə dələduzluq yolu ilə vətəndaşların mobil telefonlarını ələ keçirən şəxs saxlanılıb.  Space TV-nin xəbərinə görə,  Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən bir neçə şəhər sakini onlara məxsus mobil telefonların naməlum şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi barədə məlumat veriblər. Daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu etməkdə şübhəli bilinən şəxsin Mingəçevir şəhər sakini Rəşad Məmmədli olduğu müəyyən edilərək saxlanılıb.

O, 6 nəfərin etibarından sui-istifadə edərək, danışmaq adı ilə mobil telefonlarını alıb və geri qaytarmayıb. Rəşad Məmmədli ifadəsində həmin telefonları sataraq əldə etdiyi pulu özü üçün xərclədiyini bildirib.  Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Emin Babayev,  Şamo Adıgözəlov – Space TV

Paylaş

 Xəbəriniz olsun