Dələduz saxlanıldı

  • SpaceTV
  • 19 Oktyabr 2019 11:46

Şöbəyə  şikayət edən Astara rayon sakini Sadiq Mirzəyev Cavadaxan küçəsi, ev 17 ünvanının qarşısında mobil telefonunu özünü “Qorxmaz” kimi təqdim edən şəxsə müvəqqəti danışmaq məqsədi ilə verdiyini, lakin sonuncunun hadisə yerindən uzaqlaşıb bir daha geri qayıtmayaraq ona qarşı dələduzluq etdiyini bildirib.  

Hazırda saxlanılan şəxsin hüquqa zidd əməllərindən zərərçəkmiş şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, saxlanılan şəxs barəsində 19-cu Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun