Dəhşətli qəza: Qırğızıstan vətəndaşları diri-diri yandı

  • SpaceTV
  • 9 Dekabr 2019 11:12

Rusiyanın Orenburq vilayətində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

SPACE TV  xəbər verir ki, minivenlə “Qazel”in toqquşması nəticəsində yanğın baş verib.

Yanğında 4 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli yanıq və xəsarətlərlə Sol-İletsk şəhərinin xəstəxanasına aparılıb.

İlkin məlumata görə, ölənlərin hamısı Qırğızıstan vətəndaşıdır.

Paylaş

 Xəbəriniz olsun