Dəhşətli qətlin təfərrüatları məlum oldu – VİDEO

  • Space TV
  • 24 Avqust 2020 12:26

Salyanda baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. Space TV-nin məlumatına görə, hadisə Salyan rayonlararası ağciyər xəstəlikləri dispanserində baş verib. Belə ki, Salyan şəhər sakini, 38 yaşlı Namiq Əliyev  dispanserdə baş tibb bacısı işləyən həyat yoldaşı, 37 yaşlı Bəsti Cəfərovanı bıçaqla vuraraq qətlə yetirib. Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib. Əraziyə baxış keçirildikdən sonra meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Sonra Bəsti Cəfərovanın meyiti ailəsinə təhvil verilib.

Yaxınlarının dediyinə görə, rayonun Yenikənd kənd sakini Bəsti Cəfərova bir neçə il bundan öncə şəhərə gəlin köçüb. Bu nikahdan bir qız uşaqları da olub. Son vaxtlar Namiq Əliyev tərəfindən ailədə tez-tez münaqişələr yaranırmış. Hadisə baş verən gün də Namiq Əliyev dispanserə gələrək həyat yoldaşı ilə mübahisə edib. Həyat yoldaşını dispanserin otaqlarından birinə salaraq qapını arxadan açarla bağlayıb. Sonra bu məlum hadisə baş verib. Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun