Dəhşətli qətl

  • Space TV
  • 25 Noyabr 2019 15:51

Hadisə baş verən ünvana yollandıq.Abşeron rayonu Ceyranbatan qəsəbəsinə.

Öyrəndikki Aytəni qardaşı 23 yaşlı Babək Fərzalıyev  anasının və bacısının məzarını ziyarət etmək üçün qəbirstanlığa çağırıb.Qəbirstanlığa gedən bacı ilə qardaş arasında mübahisə yaranıb.Babək üstündə gətirdiyi bıçaqla bacısına çoxsaylı bıçaq xəsarətləri yetirib.Aytən elə hadisə yerində keçinib.

Öyrədik ki 20 yaşlı Atyən bir müddət uşaq sığınacağına verilib.Həmin vaxt Aytənin 15 yaşı olub. Onun anası ilə bacısı atasının təziqlərinə dözməyərək Yasamal rayonunda yaşadıqları mənzildən özlərini ataraq intihar ediblər.İntihar edən zaman Aytənin bacısı Yeganənin 17 yaşı, anası Kifayətin isə 46 yaşı olub. Atası da bu işə görə həbs edilib.Elə bu hadisədən sonra uşağın təhlukəsizliyini təmin etmək məqsədilə Aytən Uşaqlar Birliyinə təhvil verilib.Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirdiki Aytən bir müddət əvvəl Uşaqlsr Birliyindən ayrılıb.Bir nəfərlə  qeyri-rəsmi nikahda yaşayırdı, ondan da uşaq dünyaya gətirdi. Qızın qardaşı hərbi xidmətdən gələndən sonra Aytənlə danışmağa başladı. Aytən  özü də deyibki qardaşı ilə ev məsələlərini həll etmək istəyir. Daha sonra məlum hadisə baş verir.Onu da öyrəndikki Aytən  balaca olanda kafedə işləyib, evə atasına pul aparırdı. O, məktəbə getmirdi. Anası çox fağır bir qadın olub. Onların evlərində həmişə qalmaqal, şiddət olurdu. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.Babək Fərzalıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə dindirilərkən Aytən Fərzalıyevanı qəsdən öldürməsini etiraf edib.Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.Aytən Fərzalıyevanın azyaşlı körpəsi var.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun