Bakıda dəhşətli qətl

  • Space TV
  • 16 Dekabr 2019 18:25

Dəhşətli qətl Sabunçu rayonu Bakıxanov qəsəbəsi,Yavər Əliyev küçəsi 49 A ünvanında yerləşən hündürmərtəbəli binada baş verib. Binanın 8-ci mərtəbəsində.

51 yaşlı Fatma Həmzəyeva və onun 25 yaşlı qızı Elgün Niftizadənin  yaşadıqları mənzildə çoxsaylı kəsici-deşici alətlə qətlə yetiriblər. Qonşular da hadisədən gec xəbər tutublar. Onlar heç bir səs-küy eşitmədiklərini deyirlər.Ancaq  polis və prokurorluq əməkdaşlarının əraziyə gəlməsindən sonra məsələdən agah olublar.

Qonşulardan biri ilə həmsöhbət olduq.Öyrəndikki Elgün və anası sözügedən ünvanda kirayədə qalıblar. Mərhum Fatma Həmzəyeva xəstə olub.Qızı Elgün isə kafedə işləyirmiş.Qonşular deyirki ailə sakit ailə olub. İndiyə qədər həmin evdən səs eşitməyiblər. Ailənin qızı mərhum Elgünün də tərbiyli və ağıllı qız olduğunu deyirlər. Onu da öyrəndikki sözügedən mənzildə ana və qızından başqa da bir qız kirayədə qalırmış. Ftama Həmzəyevanın oğlu hadisə baş verən günü Rusiyadan gəlirmiş. Elə ona görə də qızın qardaşı onu kirayə qaldığı evdən qalmaq üçün xalasıgilə aparıb. Hazırda faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun