DƏHŞƏT! Dənizdə faciə: yüzlərlə ölü

  • Space TV
  • 25 Dekabr 2019 10:27

Qərbi Afrika ölkəsi olan Benində dini ayinə gedən xristianların istifadə etdiyi gəmi batıb, nəticədə azı 100 nəfər ölüb.

SPACE TV  “Anadolu”ya istinadən xəbər verir ki, Nigeriyanın Laqos şəhərində yaşayan 100-dən çox beninli Nokoue gölünün sahillərində, So-Ava şəhərindəki Çerubim və Serafim kilsələrində ənənəvi illik ayinlərdə iştirak etmək üçün yola düşüblər. Ancaq qrupu daşıyan gəmi Beninin ərazi sularında batıb.

Gəmidə olanların dəqiq sayı məlum deyil, bu müddətə qədər təxminən 100 nəfərin meyiti sudan çıxarılıb.

Gəminin həddindən artıq yüklənməsinə görə batdığı ehtimal olunur.

Paylaş

 Xəbəriniz olsun