Son illər fermerlərimizin becərilməsinə get-gedə daha çox üz tutduğu bitkilərdən biri də çuğundurdur. Əsasən şəkər istehsalı üçün daim tələbatı böyük olan bu məhsulun artıq yerlərdə yığım müvsümü başlayıb.
Qərb bölgəsinin dağətəyi rayonlarında da şəkər çuğundurunun yığımına başlanılıb. Artıq sahlərdən məhsullar yığımına başlanılıb. Ölkənin iri aqrar rayonlarından olan Göygöl rayonunda ümumən 360 (üç yüz altmış) hektardan artıq sahədə şəkər çuğunduru əklib. Bu ötən illərlə müqayisədə bir qədər artıqdır. Hər hektardan təxminən 70 (yetmiş) tona yaxın məhsul götürülməsi nəzərdə tutulur.
Qeyd edək ki, fermerlərin məhsullarını şəkər istehsalı müəssisəsi alır. Həmçinin müəssisə məhsulu yığımınadək fermeri texnika toxum və gübrələrlə təmin edir. Ayrıca verilən məhsulun dəyəri onun şəkərlik faizinə görə qiymətləndirilir və ödənilir. Keçən il çuğundur 14 faizdən yuxarı şəkərlik verərdisə onun bir tonu üçün 58 manat, hər artıq şəkərlik faizi üçün əlavə 2 manat pul ödənilirdi. Dövlət tərəfindən keçən il məhsulun hər tonu üçün əlavə olaraq 4 manat subsidiya da verildi. Gözləntilərə görə, bu il şəkərlik faizi daha yüksək olduğundan çuğundurun hər tonu üçün qiymət 65-70 manat arası olacaq. Çuğundur becərilməsində risk faizi də olduqca aşağı olur .
Əlavə edək ki, Göygöl rayonunda 13 min 300 hektar (on üç min üç yüz hektar) əkinə yararlı torpaq sahəsi var. Bu torpaq sahələrindən 10 min hektarı suvarılandır. Bu il rayonda əkilən şəkər çuğunduru da məhz yaxşı suvarılan torpaqlarda aparılıb.
Zakir Muradov Nazim Quliyev Göygöl Space