Cüdoçularımız Avropa kubokunda 4 medal qazandı

  • Space TV
  • 2 Mart 2020 11:16

Antalyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçirilib. Beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz aktivinə 4 medal yazdırıb.

SPACE TV xəbər verir ki, oğlanların mübarizəsində Murad Gülməmmədov (-50 kq) yalnız final görüşündə uduzaraq gümüş medala sahib olub.

60 kq çəki dərəcəsində yarışan Seymur Məcidli bürünc medala layiq görülüb. Cüdoçu qızlarımız da Avropa kubokunda iki medal əldə ediblər. Millimizin üzvləri Lətifə Abbasova (-48 kq) və Nərmin Əmirli (+70 kq) bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan cüdoçuları Antalya turnirində 1 gümüş, 3 bürünc medala sahib olublar.

Paylaş

 Xəbəriniz olsun