“Covid-19”dan sağalanların nəzərinə – VİDEO

  • SpaceTV
  • 10 İyul 2020 11:52

May ayında koronavirusdan sağalan xəstələrin qanından alınan  immun plazmanın aktiv xəstələrin mualicəsində tətbiqinə başlanılıb.  Bu tətbiqin uğurlu olması ona olan tələbatı da artırdı.  Bu günə qədər donor kimi müraciət edən 58 şəxsdən 38 donorun immun plazmasından 80-ə yaxın aktiv COVİD-19  xəstələrinin mualicəsində  istifadə edilib. Onu da bildirək ki, koronavirusdan sağalan bütün  xəstələrin immun plazmasından istifadə edilmir. Bunun üçün  donor mütləq müəyyən olunan şərtlərə cavab verməlidir.

Bu şərtlər daxilində COVİD-19-dan sağalan xəstələr müvafiq yoxlamalardan keçdikdən və 2 həftəlik dincəlmə müddətindən sonra onların səhhətində heç bir problemi yoxdursa donor olmaq üçün müraciət edə bilərlər.

Donordan immun plazmanın toplanması təxminən 45 dəqiqə 1 saat müddətində baş tutur.  Bu müddətdə 200-dən 600 ml-ə qədər qanın sadəcə maye hissəsi alınır və dondurularaq saxlanılır.

Koronavirusa yoluxan və hazırda bu virusla ölüm-dirim mübarizəsi aparan xəstələri ən yaxşı elə bu  mübarizədən qalib çıxanlar başa düşə bilər. Əgər siz virusdan sağalmısınızsa öz immun plazmanızla  başqa xəstələrin də sağalmasına səbəb ola bilərsiniz.

Orxan Şükür Space tv

Paylaş

 Xəbəriniz olsun