COVID-19-un necə yayıldığını anlamaq üçün kütləvi konsert keçiriləcək

  • Space TV
  • 23 İyul 2020 11:17

Almaniyada Halle Universiteti Xəstəxanasının alimləri dörd min insanın iştirakı ilə təcrübə keçirəcəklər.

“IFLScience” xəbər verir ki, bu, ictimai tədbirlərin keçirildiyi qapalı məkanlarda koronavirus infeksiyasının yayılma mexanizmini daha yaxşı başa düşməyə kömək edəcək.

Avqustun 22-də mütəxəssislər Leypsiqdə 18-50 yaş arası bir neçə min sağlam insanın iştirakı ilə konsert keçirmək niyyətindədirlər. Onlar tədbirdən 48 saat əvvəl COVID-19 testi verəcəklər.

İştirakçılara respirator və flüoressent antiseptiklər veriləcək. Sonuncular sayəsində mütəxəssislər ən çox toxunulan səthlərin hansı olduğunu müəyyən edə biləcəklər.

Könüllülərə əlaqələrin müddəti, tezliyi və məsafə qorumaq barədə məlumat verən elektron qolbaq taxılacaq. Cihazdakı məlumatlar toplanacaq və virusun insandan insana necə ötürüldüyünü anlamağa kömək edəcək kompüter modeli yaradılacaq.

Təcrübə zamanı üç ssenari oynanılacaq. Birincisi insanların qarşılıqlı əlaqəsini simulyasiya edəcək, lakin hələ də pandemiyadan əvvəl olduğu kimi, onlar maska taxmaq məcburiyyətində qalacaqlar.

İkincidə, onları bir-birindən uzaqlaşdırmağa çalışan könüllülərin hərəkətinə nəzarət edəcəklər. Üçüncü ssenaridə iştirakçılar 1,5 metr ara məsafəsi saxlayacaqlar.

Paylaş

 Xəbəriniz olsun