“COVİD-19 qalıcı bir iz buraxmır” – VİDEO

  • Space TV
  • 26 Avqust 2020 21:06

“Koronavirusa yoluxub sağalmış insanların səhhəti  1-2 ay sonra tamamən  əvvəlki vəziyyətinə dönür.  COVİD-19 qalıcı bir iz buraxmır”. Bunu Spacetv.az saytına açıqlamasında  Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, kardioloq  Rəşad Mahmudov deyib. O, koronavirusdan sağalmış insanlarda virusun bədəndə buraxdığı fəsadların öyrənilməsinin bu gün dünya səhiyyəsi  üçün ən aktual mövzulardan biri olduğunu bildirib: “Koronavirusun ən çox təhlükə yaratdığı hadisə ağciyər pranximində tutulmayla bağlıdır.  Hazırda ağciyərin böyük bir hissəsinin zədələnməsi və bunun nəticəsində ağciyərdə meydana gələn keçici deffekt  vəziyyəti ilə qarşı-qarşıyayıq. Bu xəstələrdə rentgenoloji görüntülər hər nə qədər normal olsa da hələ də ağciyərin funksionallığının normaya dönmədiyi ortadadır. Xoş xəbər odur ki, bu xəstələr 1-2 ay sonra tamamən  əvvəlki vəziyyətlərinə qayıdırlar.  Unutmamaq lazımdır ki, uzun zaman süni tənəffüs aparatına bağlı qalan xəstələrdə  yüksək təzyiq və yüksək oksigen istifadəsi səbəbindən  ağciyərdə koronavirusla əlaqəsi olmayan qalıcı dəyişikliklər yarana bilir. Bunu nəzərə alaraq optimal sistemlər qurulmağa çalışılır”.

Kardioloq koronavirusun yalnız ağciyərə deyil,  ürəyə, qan-damar sisteminə də zərərinin təsdiqləndiyini bildirib. Bununla yanaşı Rəşad Mahmudov əlavə edib ki, digər xəstəliklərdə olduğu kimi kəskin  koronavirusda da məyyən bir zaman keçdikdən bədənin tamamilə sağalması ehtimalı yüksəkdir.

Əbülfət Baxşəliyev, spacetv.az

Paylaş

 Xəbəriniz olsun