COVID-19 Avropada uçuşların kəskin azalmasına səbəb oldu

  • Space TV
  • 31 Mart 2020 13:48

Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatı (“Eurocontrol”) koronavirusa görə, Avropa səmasında uçuşların 88 faiz azaldığını bildirib.

“Anadolu” agentliyi xəbər verir ki, açıqlamada 29 mart 2020-ci ildə keçən ilin həmin günü ilə müqayisədə 24470 az uçuş həyata keçirildiyi qeyd edilib.

Sözügedən müddətdə uçuşlar Türkiyədə 94%, İspaniya, Fransa, İtaliyada 93%, İngiltərə, Almaniyada 87%, Niderlandda isə 85% azalıb.

Açıqlamada bildirilir ki, 28 martda Avropa ilə ABŞ arasında uçuşların əvvəlki ilin eyni gününə nisbətən 75% azaldığı məlum olub.

Qeyd edək ki, “Eurocontrol” təşkilatının 41 üzvü var.

Paylaş

 Xəbəriniz olsun